İtaliya A Seriyasının iki oyunu təxirə salınıb

İtaliya A Seriyasının iki oyunu təxirə salınıb Bakı. 16 avqust. REPORT.AZ/ İtaliya çempionatının I turunun iki qarşılaşması təxirə salınıb.
Futbol
16 Avqust , 2018 19:08
İtaliya A Seriyasının iki oyunu təxirə salınıb

Bakı. 16 avqust. REPORT.AZ/ İtaliya çempionatının I turunun iki qarşılaşması təxirə salınıb.

"Report" A Seriyasının saytına istinadən xəbər verir ki, "Milan" - "Cenua" və "Sampdoriya" - "Fiorentina" matçları Genuya şəhərində avtomobil körpüsünün çökməsinə görə təyin olunan vaxtda keçirilməyəcək. Həmin qarşılaşmaların yeni tarixləri hələ ki, bəlli deyil. 

Qeyd edək ki, avqustun 14-də Genuyada avtoban üzərindəki körpünün uçması nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb, 14 nəfər isə itkin düşmüş sayılır.

Son xəbərlər

Orphus sistemi