Bakı. 16 avqust. REPORT.AZ/ İtaliya çempionatının I turunun iki qarşılaşması təxirə salınıb.
"Report" A Seriyasının saytına istinadən xəbər verir ki, "Milan" - "Cenua" və "Sampdoriya" - "Fiorentina" matçları Genuya şəhərində avtomobil körpüsünün çökməsinə görə təyin olunan vaxtda keçirilməyəcək. Həmin qarşılaşmaların yeni tarixləri hələ ki, bəlli deyil.
Qeyd edək ki, avqustun 14-də Genuyada avtoban üzərindəki körpünün uçması nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb, 14 nəfər isə itkin düşmüş sayılır.