İsrailin futbol klubu öz adına Donald Trampın soyadını əlavə edib

İsrailin futbol klubu öz adına Donald Trampın soyadını əlavə edib Klubun tam adı "Beytar Tramp Yerusəlim" olacaq
Futbol
14 May , 2018 00:34
İsrailin futbol klubu öz adına Donald Trampın soyadını əlavə edib

Bakı. 14 may. REPORT.AZ/ İsrailin "Beytar" futbol klubu öz adına ABŞ-ın hazırkı prezidenti Donald Trampın soyadını əlavə edib.

"Report"un "Deadspid" nəşrinə istinadən verdiyi məlumata görə, bu addım ABŞ-ın Qüdsdəki (Yerusəlim) yeni səfirliyinin açılış mərasimi ərəfəsində amerikalı liderin şərəfinə atılıb.

Klubun tam adı "Beytar Tramp Yerusəlim" olacaq. "Beytar" rəhbərliyi Trampın sevgi və dəstəyi qarşılığında belə bir jest etdiyini açıqlayıb.

"Beytar" İsrailin 6 qat çempionu və 7 qat kubok, 2 qat Superkubokunun sahibidir.

Son xəbərlər

Orphus sistemi