Yuxarı

Ernesto Valverde "Barselona"dan təzminatın hamısını almayacaq

İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Ernesto Valverde k

İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Ernesto Valverde qovulmasına görə Kataloniya təmsilçisindən alacağı təzminatın hamısını götürməyəcək.

"Report"un "Mundo Derpotivo"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisin klub rəhbərliyi ilə münasibətləri korlamamaq naminə belə addım atdığı bildirilir.

Valverde ilə rəhbərlik arasında baş tutan görüş zamanı təzminatın hamısının ona veriləcəyi ilə bağlı razılıq əldə olunub. Lakin 55 yaşlı mütəxəssis rəhbərliklə münasibətləri yaxşı səviyyədə saxlamaq üçün təzminatın hamısının deyil, bir qismini götürəcəyini açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə "Barselona"nın baş məşqçi vəzifəsinə gətirilən Valverde klubla 2 dəfə La Liqa çempionu, bir dəfə isə İspaniya kuboku və superkubokunu qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi