Yuxarı

Messi karyerasında qarşılaşdığı ən çətin müdafiəçinin adını açıqlayıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi maraqlı fikir

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi maraqlı fikirləri ilə diqqət çəkib.

"Report"un DAZN nəşrinə istinadən verdiyi məlumata görə, argentinalı ulduz karyerası ərzində qarşılaşdığı ən çətin "şəxsi nəzarətçi" funksiyasını daşıyan futbolçunun adını açıqlayıb.

O, İspaniyanın "Jirona" komandasının ispan müdafiəçisi Pablo Maffeoya qarşı oynamağın çox çətin olduğunu vurğulayıb: "Oyunlar zamanı "şəxsi nəzarətçi"nin olması məni narahat etmir. Ancaq qəribə görünür. Düzünü desəm, karyeram ərzində bu cür hallarla tez-tez rastlaşmıram. Çünki bilirsən ki, matç çətin keçəcək, amma bir də baxırsan ki, yanında kimsə dayanır. "Jirona"nın müdafiəçisi Pablo Maffeoya qarşı oynamaq, həqiqətən, çətin idi. Bununla belə, heç zaman şikayətlənən biri olmamışam. Düşünürəm ki, fiziki təmas və zərbələr oyunun tərkib hissəsidir".

Qeyd edək ki, Pablo Maffeo 2016-2018 və 2019-cu illər aralığında "Jirona"da çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi