Yuxarı
    Bağlamaq

    İspaniyanın "Atletik" klubu Bakı "İnter"i ilə oyuna 24 futbolçu sifariş edib

    Onlardan 6-sı hücumçudur

    Bakı. 25 iyul. REPORT.AZ/ İspaniyanın "Atletik" klubu Avropa Liqasına sifariş etdiyi futbolçuları açıqlayıb. "Report"un məlumatına görə, baş məşqçi Ernesto Valverde əsas heyətə düşə bilməyən müdafiəçi Yon Aurteneçe və zədəli hücumçu İnyaki Uilyamsa Avroliqanın III təsnifat mərhələsinin Bakı "İnter"i ilə qarşıdakı oyunlarında şans verməyəcək.

    Uilyams ötən həftə Meksikanın "Tixuana" komandası ilə matçda dizaltı vətərindən xəsarət alıb. Bundan başqa müdafiəçi Xonas Ramalyo, yarımmüdafiəçi Unay Lopes, hücumçu İker Munyain sifariş ərizəsinə daxil edilməyib. Siyahıda klubun 3 yetirməsinə də yer verilib. Bunlar Sabin Merino, Ruis de Qalarreta və İnyiqo Lekue Martinesdir.

    Siyahıda ümumilikdə 24 futbolçu yer alıb ki, onlardan da 6-sı hücumçudur:

    Qapıçılar: 1. Qorki İraisos, 13. Yaqo Errerin

    Müdafiəçilər: 3. Qorka Elustondo, 4. Aymerik Lyaport, 6. Mikel San-Xose, 16. Xabyer Exeyta, 18. Karlos Qurpegi, 24. Mikel Balensiaqa, 30. İnyiqo Lekue Martines

    Yarımmüdafiəçilər: 2. Eneko Boveda, 5. Xavyer Eraso, 7. Benyat Eçebarria, 8. Ander İturraspe, 10. Oskar De Markos, 14. Markel Susaeta, 17. Mikel Riko, 23. Ager Akexe, 28. Ruis de Qalarreta

    Hücumçular: 9. Kike Sola, 11. İbay Qomes, 20. Arits Aduris, 21. Borxa Vigera, 22. Gilyermo, 27. Sabin Merino

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi