​İspaniyada klub prezidenti istefa verib

​İspaniyada klub prezidenti istefa verib Bu barədə funksionerin özü açıqlama verib
Futbol
4 Fevral , 2016 10:40
​İspaniyada klub prezidenti istefa verib

Bakı. 4 fevral. REPORT.AZ/ İspaniyanın "Betis" klubunun prezidenti Xuan Olyero vəzifəsindən gedib. "Report"un "Football Espana"ya istinadən verdiyi məlumata görə, bu barədə funksionerin özü açıqlama verib.

X.Olyero istefası ilə bağlı bunları bildirib: "Betis" pərəstişkarları nələrin baş verdiyini bilir. Mən klubda prezident oldum. Çünki bu mənə təklif olunmuşdu. Lakin başa düşdüm ki, burada müvəqqəti fiquram".

Onun sözlərinə görə, vəzifədən ötən ilin dekabrında "Sevilya" ilə oyundan sonra getmək istəsə də, rəhbərlikdən heç kim bunu müsbət qarşılamayıb. Mövsüm sonunadək kluba Pepe Melya rəhbərlik edəcək. Yeni təyinatı klubun idman direktoru Eduardo Masiya da təsdiqləyib.

Qeyd edək ki, "Betis" ölkə çempionatında hazırda 22 xalla 14-cü pillədə qərarlaşıb. Klub 2015-ci il noyabrın 27-dən - 10 turdur qalib gələ bilmir. 

Son xəbərlər

Orphus sistemi