Yuxarı
    Bağlamaq

    İspaniya yığmasının keçmiş hücumçusu mərkəzdən qol vurub

    O, 6-cı oyununda 4-cü qolunu vurub

    Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ-ın "Nyu-York Siti" klubunun futbolçusu David Vilya MLS Liqasında "Filadelfiya Yunion"la görüşdə mərkəzdən qol vurub.

    "Report"un məlumatına görə, İspaniya yığmasının keçmiş hücumçusu 90-cı dəqiqədə fərqlənib. O, 6-cı oyununda 4-cü qolunu vurub. Görüş Nyu York komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.

    Qeyd edək ki, David Vilya 2008-ci ildə Avropa, 2010-cu ildə dünya çempionu olub. O, İspaniya çempionatında "Valensiya" (2005 - 2010) və "Barselona" (2010 - 2013) klublarında çıxış edib. Vilya habelə üçqat İspaniya çempionu və Çempionlar Liqasının qalibidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi