Yuxarı

​İspaniya yığmasının baş məşqçisi Del Boske istefa verib

O, qərarın AÇ-2016-dakı nəticə ilə əlaqəli olmadığını bildirib

Bakı. 1 iyul. REPORT.AZ/ Futbol üzrə İspaniya yığma komandasının baş məşqçisi Visente del Boske istefa verib.

"Report" xəbər verir ki, o, bu barədə İspaniyanın RNE radiosunun efirində bildirib.

İspaniya yığması Del Boskenin rəhbərliyi altında Fransada keçirilən Avropa çempionatının 1/8 finalında İtaliya millisinə 2:0 hesabı ilə məğlub olub.

"Mənim İspaniya yığmasının baş məşqçisi postunda qalmaq niyyətim yoxdur. Lakin siz məni düzgün başa düşməlisiniz – qərar Avro-dakı nəticədən irəli gəlməyib, mənim öz gələcəyimlə bağlı heç bir şübhəm olmayıb", - deyə Del Boske bildirib.

Cümə axşamı İspaniyanın "As" nəşri yazıb ki, İspaniya Futbol Federasiyası məşqçilik karyerasını bitirməyə hazırlaşan 65 yaşlı mütəxəssisin istefasını artıq qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi