​İspaniya millisinin baş məşqçisi: "Bakıdakı Avropa çempionatına ən sonda qatıldığımız kimi, ən sonda da tərk etməliyik" - MÜSAHİBƏ

​İspaniya millisinin baş məşqçisi: "Bakıdakı Avropa çempionatına ən sonda qatıldığımız kimi, ən sonda da tərk etməliyik" - MÜSAHİBƏ "Komandam 3 tapşırığı yerinə yetirərək, finala adladı"
Futbol
19 May , 2016 03:27
​İspaniya millisinin baş məşqçisi: Bakıdakı Avropa çempionatına ən sonda qatıldığımız kimi, ən sonda da tərk etməliyik - MÜSAHİBƏ

Bakı. 19 may. REPORT.AZ/ "İspaniya və Portuqaliya milliləri kimi, Hollandiya, Almaniya və İngiltərə yığmaları da favorit idilər. Hamısı finala layiqli komanda idi. Sadəcə, xırda detallar böyük dəyişikliklərə səbəb olur. Biz də xırda detallar nəticəsində finaldayıq. Hər ikimiz finala layiqik və gözəl final matçı gözləyirik".

"Report" xəbər verir ki, bu sözləri İspaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Santi Denia Bakıda keçirilən Avropa çempionatında Almaniyanı 2:1 hesabı ilə yenərək, finala yüksəldikləri yarımfinal matçından sonra jurnalistlərə müsahibəsində bildirib.

Həmin müsahibəni sizə təqdim edirik

0:1 hesabı ilə geridə ikən sonda qələbəyə nail olmağınızda hansı amillər rol oynadı?

- İlk növbədə, futbolçularımı fasilədə sakitləşdirməyə çalışdım və bunu bacardım. İkinci tapşırığım o idi ki, növbəti qolu buraxmamağımız üçün düzgün müdafiə olunmalıyıq. Almaniya kimi komandadan ikinci topu buraxdınsa, deməli, qələbə qazanmaq çətin olacaq. Üçüncüsü, futbolçularımı qələbəyə inandırdım. Bildirdim ki, geridə olmağımıza baxmayaraq, qalib gəlməyimiz mümkündür. Komandam dediyim hər 3 tapşırığı yerinə yetirdi və qələbə qazandıq.

Üçüncü oyundur ki, əvəzləmələriniz matçın taleyini həll edir. Finalda da belə bir plan hazırlamağa gücünüz qalıb?

- Komandamızda 18 oyunçu cəmləşib. Onların hər biri istedadlıdır. Həmişə futbolçularıma tapşırıram ki, start heyətində və ehtiyat skamyadakı oyunçular arasında fərq bilinməsin. Hər bir oyunçu meydana daxil olduğu andan komandaya kömək etməyə hazır olmalıdır. Futbolçularımın hamısı bunu edir, tapşırığın öhdəsindən gəlir. İnanıram ki, bu, sonadək davam edəcək.

Penaltilər seriyasına hazır idiniz?

- Əlbəttə, hazır idik. Amma yaxşı ki, bu, olmadı. Oyun penalti seriyalarınadək uzansaydı, yəqin ki, müəyyən dəyişikliklər edərək, qələbə qazanmağa çalışacaqdıq.

Demək olarmı ki, Bakıdakı Avropa çempionatının finalında ən layiqli komandalar üz-üzə gələcəklər?

- İspaniya və Portuqaliya milliləri kimi, Hollandiya, Almaniya və İngiltərə yığmaları da favorit idilər. Hamısı finala layiqli komanda idi. Sadəcə, xırda detallar böyük dəyişikliklərə səbəb olur. Biz də xırda detallar nəticəsində finaldayıq. Hər ikimiz finala layiqik və gözəl final matçı gözləyirik.

İspaniya final mərhələsinə ən aşağı - 2 xalla qatılmışdı. Buna rəğmən, finaladək irəliləyəcəyinizi gözləyirdiniz?

- İlk təlim-məşq toplanışındaca futbolçularıma tapşırıq vermişdim ki, Avropa çempionatına ən sonda qatıldığımız kimi, yarışı ən sonda da tərk etməliyik. İndi bu hədəfin bir addımlığındayıq və inanıram ki, öhdəsindən gələcəyik. İlk günlərdən çempionata ən az xalla qatıldığımızı anlayırdıq. Bilirdik ki, nəticə qazanmaq üçün daha çox işləmək lazımdır.

Bu gün qələbə qazanmasaydınız, az da olsa, hakimi günahlandıra bilərdiniz?

- Xeyr. Hakimi yox, özümü günahlandırardım. 

Son xəbərlər

Orphus sistemi