Yuxarı

İspaniya La Liqasının oyunları ölkə hüdudlarından kənarda keçirilə bilər

İspaniya La Liqasının oyunları ölkə hüdudlarından kənarda keçirilə bilər

Bakı. 12 aprel. REPORT.AZ/ İspaniya La Liqasının oyunları ölkə hüdudlarından kənarda keçirilə bilər.

“Report” xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas bildirib.

Tebas ölkə xaricindəki oyunların iqtisadi baxımdan sərfəli olduğunu söyləyib: “Bu, matçın keçirildiyi ölkə üçün əsas xəbər ola bilər. Hər mövsüm bir oyunu ölkə hüdudlarından kənarda təşkil etmək istəyirik. Bu, idman üçün yeni xəbər deyil. Potensial yerlərə gəlincə, ABŞ-dan başlamağı düşünürük. Lakin gələcəkdə Rusiyada da olacağını istisna etmirik. Bura ciddi bazardır, çoxlu fanat, böyük auditoriya var. Bizim liqada yaponiyalı oyunçu çıxış edir. Onun klubu Yaponiyada popluyarlığa görə 3-cü yerdədir. Bundesliqada Cənubi Koreyadan çoxlu sayda oyunçu var. Bu, həmin ölkənin bazarındakı popluyarlıq baxımından önəmlidir. La Liqada daha çox rusiyalı oyunçu görmək istərdik. Bu, Rusiyada İspaniya çempionatına olan marağı artıracaq”.

Qeyd edək ki, “Top-5” liqalarında ölkə Super Kubokunun xaricdə keçirlməsi praktikası var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi