İspaniya La Liqası: XIII turun mərkəzi görüşü "Valensiya" və "Barselona" komandaları arasında olub - VİDEO

İspaniya La Liqası: XIII turun mərkəzi görüşü "Valensiya" və "Barselona" komandaları arasında olub - VİDEO "Mestalya" stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb
Futbol
27 Noyabr , 2017 01:45
İspaniya La Liqası: XIII turun mərkəzi görüşü Valensiya və Barselona komandaları arasında olub - VİDEO

Bakı. 27 noyabr. REPORT.AZ/ İspaniya La Liqasında XIII turun mərkəzi görüşü "Valensiya" və "Barselona" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Mestalya" stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

60-cı dəqiqədə meydan sahiblərindən Rodriqo fərqlənib. 82-ci dəqiqədə isə Xordi Alba bərabərlik qolunu vurub. 30-cu dəqiqədə isə baş hakim İqlesias Vilyanueva mübahisəli qərar qəbul edərək, "Barselona"nın futbolçusu Lionel Messinin zərbəsindən sonra topun qapı xəttini keçmədiyini bildirib.

Bu nəticədən sonra "Barselona" 35 xalla liderliyini qoruyub. "Valensiya" isə 31 xalla 2-ci pillədə qalıb.

"Valensiya"nın baş məşqçisi Marselino Qarsiya Toral cəzalı olduğu üçün oyunu tribunadan izləyib. 

Son xəbərlər

Orphus sistemi