İspaniya Kubokunun finalçısı baş məşqçi ilə müqaviləni yenilədi

İspaniya Kubokunun finalçısı baş məşqçi ilə müqaviləni yenilədi İspaniyanın Atletik klubu baş məşqçisi Qaiska Qaritano ilə müqavilənin müddətini uzadıb.
Futbol
31 May , 2020 15:43
İspaniya Kubokunun finalçısı baş məşqçi ilə müqaviləni yenilədi

İspaniyanın "Atletik" klubu baş məşqçisi Qaiska Qaritano ilə müqavilənin müddətini uzadıb. 

"Report" Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin yeni sözləşməsi 2021-ci il iyunun 30-dək nəzərdə tutulub. 

Qeyd edək ki, Qaiska Qaritano 2018-ci ilin dekabrından "Atletik"ə rəhbərlik edir. Komanda La Liqada 37 xalla 10-cu pillədə qərarlaşıb. Bilbao klubu bu mövsüm İspaniya Kubokunun finalına yüksəlib və həlledici görüşdə "Real Sosyedad"la üz-üzə gəlməlidir. 

Mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi