İspaniya Kuboku: "Barselona" 1/2 finalın ilk matçında "Atletiko"nu məğlub edib

İspaniya Kuboku: "Barselona" 1/2 finalın ilk matçında "Atletiko"nu məğlub edib Madriddə keçirilən görüş 2:1 hesabı ilə başa çatıb
Futbol
2 Fevral , 2017 02:32
İspaniya Kuboku: Barselona 1/2 finalın ilk matçında Atletikonu məğlub edib

Bakı. 2 fevral. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya Kubokunun 1/2 final mərhələsinin ilk oyununda "Atletiko" (Madrid) üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

"Report" xəbər verir ki, görüş Madrid şəhərinin "Visente Kalderon" stadionunda baş tutub.

Kataloniya klubunun heyətində qolları Luis Suares (7-ci dəqiqə) və Lionel Messi (33) vurub. Ev sahiblərindən Antuan Qrizmann (59) fərqlənib.

Cavab qarşılaşması fevralın 7-də Barselonada keçiriləcək. Digər yarımfinal oyununda "Alaves" və "Selta" qarşılaşacaq. İlk oyun cümə axşamı Viqo şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi