İspaniya Futbol Liqası Neymarın PSJ-yə keçidinə icazə verməyib

İspaniya Futbol Liqası Neymarın PSJ-yə keçidinə icazə verməyib Qurum ödəniləcək məbləğin mənşəyi barədə məlumat olmadığını əsas gətirib
Futbol
3 Avqust , 2017 15:25
İspaniya Futbol Liqası Neymarın PSJ-yə keçidinə icazə verməyib

Bakı. 3 avqust. REPORT.AZ/ İspaniya Futbol Liqası (La Liga) Fransanın PSJ klubunun Neymarın transferi üçün “Barselona”ya ödədiyi pulu qəbul etməyib. 

“Report” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, bu gün 25 yaşlı braziliyalı hücumçunun nümayəndələri tələb olunan sənədləri imzalamaq üçün La Liga-nın ofisinə gəliblər. Lakin qurumun rəhbərliyi ödəniləcək məbləğin mənşəyi barədə məlumat olmadığını əsas gətirərək transferə icazə verməyiblər. Həmçinin bu transferin FİFA-nın maliyyə “fair play” qaydalarına zidd olduğu da futbolçunun vəkillərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Neymar avqustun 2-də PSJ ilə transfer məsələsini həll etmək üçün icazə alaraq “Barselona”nın məşqinə qatılmayıb. Fransa təmsilçisinin braziliyalıya görə ispanlara 222 milyon avro ödəyəcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi