Yuxarı

İslandiyalı qapıçı: "İkinci dəfə də imkanım olsaydı, yenə "Qarabağ"ı seçərdim"

İslandiyalı qapıçı: "İkinci dəfə də imkanım olsaydı, yenə "Qarabağ"ı seçərdim"

Bakı. 4 noyabr. REPORT.AZ/ "Yaxşı oyun sərgilədik. Baxmayaraq ki, rəqib bizə təzyiq göstərirdi, bacardıqca topu özümüzdə saxlayıb oyuna nəzarət etdik. İki qol vurub qələbə qazandıq. Rəqib komandanın qapıçısının da yaxşı oynadığını düşünürəm".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Hannes Halldorsson evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının X tur matçından sonra keçirdiyi brifinqdə deyib.

İslandiyalı qolkiper bildirib ki, Azərbaycan komandasına keçməyindən peşman deyil:

"İkinci dəfə də imkanım olsaydı, yenə "Qarabağ"a gəlməyi seçərdim. Düzdür, son həftələrdə oynamamışam, amma məşqlərdə daha gərgin çalışıb daha çox oyunda iştirak edəcəyəm. Bu gün qələbə qazandığımız üçün xoşbəxtəm".

Halldorsson "Vorskla" ilə Ukraynada keçirəcəkləri Avropa Liqasının IV tur matçına qələbə üçün yollanacaqlarını da əlavə edib:

"Düşünürəm ki, 3 xalı qazanacaq gücdəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi