İrlandiya yığmasının baş məşqçisi Azərbaycan millisinin heyətində Mahir Mədətovu fərqləndirib

İrlandiya yığmasının baş məşqçisi Azərbaycan millisinin heyətində Mahir Mədətovu fərqləndirib Bakı. 27 mart. REPORT.AZ/ “Azərbaycan millisində Mahir Mədətov və bir neçə faydalı oyunçu var”.
Futbol
27 Mart , 2018 10:50
İrlandiya yığmasının baş məşqçisi Azərbaycan millisinin heyətində Mahir Mədətovu fərqləndirib

Bakı. 27 mart. REPORT.AZ/ “Azərbaycan millisində Mahir Mədətov və bir neçə faydalı oyunçu var”.

“Report”un məlumatına görə, bunu İrlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Noel Kinq bu gün Azərbaycan millisinə qarşı keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan əvvəl deyib.

62 yaşlı mütəxəssis bildirib ki, Dublindəki “Tallaght” stadionunda baş tutacaq görüş komandası üçün çox önəmlidir: “Bu, asan tapşırıq olmayacaq. Lakin seçmə mərhələdə sərgilədiyimiz futbolu ortaya qoya bilsək, yaxşı şans əldə edəcəyik. Bu oyunu səbrsizliklə gözləyirik. Daha əvvəl yoldaşlıq görüşündə İslandiya üzərində 3:1 hesabı ilə əla qələbə qazandıq. Həmin qalibiyyət qarşıdakı matç üçün bizdə əminlik yaradır. Seçmə mərhələdə yaxşı çıxış edirik və bunu davam etdirməliyik. Komandamız yaxşı görünür”.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Seçmə mərhələdə 5 oyun keçirən İrlandiya yığması 10 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycan millisi isə 6 matçdan 1 xal toplayıb və sonuncu yerdədir.

Son xəbərlər

Orphus sistemi