İranlı futbolçu azarkeşi döydüyü üçün cəzalanıb

İranlı futbolçu azarkeşi döydüyü üçün cəzalanıb Məhəmmədrza Xanzadə 9 ay müddətinə diskvalifikasiya edilib
Futbol
29 Aprel , 2015 13:15
İranlı futbolçu azarkeşi döydüyü üçün cəzalanıb

Bakı. 29 aprel. REPORT.AZ/ İran milli komandasının və "Persepolis" klubunun futbolçusu Məhəmmədrza Xanzadə 9 ay müddətinə diskvalifikasiya edilib. "Report"un məlumatına görə, buna 24 yaşlı müdafiəçinin azarkeşi vurması səbəb olub.

Xanzadə "Persepolis"in Asiya Çempionlar Liqasında "Qətər Lehviya"sına məğlubiyyətindən sonra bu addımı atıb. O, rəqib komandanın fanatını döyüb. 

Son xəbərlər

Orphus sistemi