​İqor Tudor: "Biz güclü komanda ilə qarşılaşacağıq"

​İqor Tudor: "Biz güclü komanda ilə qarşılaşacağıq" "Təcrübəsi az olsa da, hücumda ciddi problem yaradan komandadır"
Futbol
16 Sentyabr , 2015 20:38
​İqor Tudor: Biz güclü komanda ilə qarşılaşacağıq

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Sabahkı oyunda bir sıra qarşılaşmalarda çıxış Erqis Katse olmayacaq. Ancaq onun boşluğunu dolduracaq oyunçularımız var". "Report"un məlumatına görə, bunu Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor deyib.

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qəbələ" ilə oyun haqda danışan baş məşqçi bunları bildirib: "Panatinaikos" kimi rəqibi məğlub etmək önəmli məsələdir. Biz güclü komanda ilə qarşılaşacağıq. Təcrübəsi az olsa da, hücumda ciddi problem yaradan komandadır. Oyunçulara nəzər salsaq, keyfiyyət baxımından yüksək qiymətləndirilməyə layiq olanları var. Ən yaxşı nəticəni qazanmaq üçün oynayırıq. İstəyim odur ki, komandam yaxşı oyun göstərsin. Bu halda yaxşı nəticə də olur".

Daha sonra İ.Tudor jurnalistlərin suallarını cavablandırıb.

- PAOK səfərdə istədiyi nəticəni qazana bilmir. Sabahkı oyunda heç-heçəyə razı olarsınız?

- Qalib gəlməklə oyun göstərmək arasında fərq çoxdur. Səfərdə pis oyun göstərməyə razı deyiləm. Nəticə həmişə öz oyunçularından asılı olmur. Burada rəqibin, hakimin də rolu olur. Fikrimcə, komandam səfərdə pis oynamır. Biz ilk növbədə qalib gəlmək üçün oynayırıq.

- "Qəbələ"nin vuran ayağı Dodoya qarşı hansısa tədbir görəcəksiniz?

- Bunun detallarını deyə bilmərəm. Ancaq "Qəbələ" yaxşı komandadır və öz taktikamız var.

- Fakunda Pereyra PAOK-dan "Qəbələ"yə keçib. Necə düşünürsünüz, Pereyra sabah sizə problem yarada bilər?

- Ona bütün oyunlarda uğur arzu edirəm. Yalnız sabahkı oyundan əlavə...

- "Qəbələ" iki Yunanıstan klubunu yarışdan kənarlaşdırıb. Bu, PAOK-da hansısa psixoloji təzyiq yaratmır? Eyni zamanda, Berbatovu sabah meydanda görə biləcəyik?

- Rəqib komandanın psixoloji təzyiqi həmişə olur. Yeni transferin meydanda olmasını isə oyun göstərəcək.

- Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə Xorvatiyada oynamısınız. Onunla danışmısınız?

- Hər şeydən əlavə o mənim yaxın dostumdur, yaxşı insandır. İki saat əvvəl danışmışıq. Yaxşı məşqçidir və milli komandanızla uğur qazanacağına inanıram".

Son xəbərlər

Orphus sistemi