Yuxarı

​İqor Matiç: "Azərbaycanın tam dəyişildiyi, futbola ayırdığı diqqət göz önündədir"

Bizi Belqraddakına nəzərən Bakıda daha çətin oyun gözləyir

Bakı. 22 iyul. REPORT.AZ/ "Mən 13-14 il öncə Serbiya və Monteneqronun 21 yaşadək futbolçulardan ibarət yığmasının heyətində Azərbaycan millisi ilə Avropa çempionatının seçmə oyununa gəlmişdim. Həmin vaxt 2:0 hesabı ilə qalib gəlmişdik. İndi isə fərqli ölkə gördüm. Azərbaycanın tam dəyişildiyi, futbola ayırdığı diqqət göz önündədir". "Report"un məlumatına görə, bunu Serbiyanın "Çukariçki" komandasının futbolçusu İqor Matiç "Qəbələ" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, sabahkı oyun da tam fərqli olacaq. "Qəbələ"nin bahalı legionerlərə malik olduğunu söyləyən kapitan komandasını Belqraddakına nəzərən Bakıda daha çətin oyun gözlədiyini vurğulayıb. Bununla belə, İ.Matiç nəticənin də göz önündə olduğunu deyib: "Rəqibə dərin hörmətimi bildirərək demək istərdim ki, sabahkı oyunda da qələbə qazanmağımız gözlənilir. İlk matçadək "Qəbələ"nin güclü və ya zəif oynayacağını bilmirdik. Amma bilirik ki, rəqibin baş məşqçisi və futbolçuları da güclüdür. Belqraddakı qarşılaşma orada qaldı. Əminik ki, bizi başqa bir oyun gözləyir".

Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Qəbələ" - "Çukariçki" matçı saat 21:00-da başlanacaq. İlk görüşdə Serbiya komandası qalib gəlib - 1:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi