Yuxarı

​"İnter" Ukraynanın "Metallist" klubu ilə heç-heçə oynayıb

Komandamızın heyətində Yohan Bokonyano fərqlənib

Bakı. 20 yanvar. REPORT.AZ/ Antalyada təlim-məşq toplanışında olan "İnter" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, Ukraynanın "Metallist" komandasıyla baş tutan qarşılaşma 1:1 hesabıyla yekunlaşıb.

Komandamızın heyətində Yohan Bokonyano fərqlənib.

"İnter"ın futbolçuları meydana qara sarğı ilə çıxıb. Oyunöncəsi qanlı 20 Yanvar hadisələrində həlak olmuş soydaşlarımızın əziz xatirələri birdəqiqəlik sükutla yad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi