"İnter"lə matçda "Milan"ın futbolçuları arasında qarşıdurma olub - VİDEO

"İnter"lə matçda "Milan"ın futbolçuları arasında qarşıdurma olub - VİDEO İtaliya A Seriyasının XXVIII turunda “İnter”lə ev oyunu zamanı “Milan” klubunun futboçuları arasında insident olub.
Futbol
18 Mart , 2019 13:24
İnterlə matçda Milanın futbolçuları arasında qarşıdurma olub - VİDEO

İtaliya A Seriyasının XXVIII turunda “İnter”lə ev oyunu zamanı “Milan” klubunun futboçuları arasında insident olub.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, matçın 69-cu dəqiqəsində əvəzlənən Frank Kessye Lukas Bilyanın da yer aldığı ehtiyat oyunçular skamiyasına üz tutub. Bu zaman argentinalı yarımmüdafiəçi Kot d İvuardan olan komanda yoldaşına söz atıb. Nəticədə onlar arasında dava düşüb. Digər futbolçular insidentin böyüməsinə imkan verməyiblər.

Hər iki futbolçu oyundan sonra baş verən olayla bağlı fikirlərini bölüşüblər. Kessye səhvə yol verdiyini boynuna alıb: “Bu, matçdakı gərginlik üzündən oldu. Əvəzləndiyim üçün dilxor idim. Çünki komandama kömək etmək istəyirdim. Öz qəzəbimi Lukasın üzərinə tökdüm. Bu, mənim səhvimdir. Ondan üzr istəyirəm. Məndən böyükdür və ondan çox şey öyrənməliyəm”.

Bilya da insidentə görə baş məşqçi Cennaro Qattuzo və komanda yoldaşlarından üzr istəyib: “Frank nə dediyimi yaxşı bilir, bunu sonradan müzakirə etdik. Biz qələbə üçün çıxırıq, amma belə şeyləri hamının gözü qarşısında etmək olmaz. Gərək, söhbətimizi paltardəyişmə otağına saxlayardıq. Baş verənlərə görə utanıram. Baş məşqçi və komanda yoldaşlarımdan üzr istəyirəm”.

Qattuzo isə öz növbəsində bu cür halların onun futbola baxışına və etikasına zidd olduğunu söyləyib: “Futbolçular paltardəyişmə otağını bölüşdükləri hər kəsə hörmətlə yanaşmalıdırlar. Baş məşqçi kimi nizam-intizama fikir verməliyəm və futbolçular buna necə riayət etdiyimi gözəl bilirlər. Hər iki futbolçu ilə söhbət edəcəyəm”.

Qeyd edək ki, Milan derbisi “İnter”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi