Yuxarı

"İnter" klubu yeni baş məşqçisinin adını açıqlayıb

Komandaya Frank de Bur rəhbərlik edəcək

Bakı. 9 avqust. REPORT.AZ/ İtaliyanın "İnter" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra komandaya hollandiyalı Frank de Bur rəhbərlik edəcək.

Bu gün 46 yaşlı mütəxəssislə 3 illik müqaviləyə qol çəkiləcək. Mərasimin ardından de Bur komandasını ilk məşqə çıxaracaq.

Qeyd edək ki, "İnter"də italiyalı Roberto Mançinini əvəzləyən Frank de Bur 2010-cu ildən "Ayaks"da çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi