Yuxarı

Bakı ​"İnter"i UEFA-nın qərarından apellyasiya şikayəti verəcək

Bu barədə klubun rəsmi saytı məlumat yayıb

Bakı. 8 aprel. REPORT.AZ/ "İnter" klubu UEFA CFCB-nin (Klublara Maliyyə Nəzarəti Təşkilatı) İstintaq Palatasının komandanı növbəti üç avrokubok mövsümündə iştirak hüququndan məhrum etməsi ilə bağlı apellyasiya şikayəti verəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək üçün zəruri hüquqi prosesə başlanıb.

Qeyd edək ki, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, "İnter" klubunun növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi