Yuxarı

Bakının "İnter" klubu 2017-ci ildə ilk məşqini keçirib

Bakının "İnter" klubu 2017-ci ildə ilk məşqini keçirib
Zaur Svanadze: Məqsədimiz yenə eynidir: Avrokuboklara düşmək

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakının "İnter" klubu istirahəti başa vuraraq ilk məşqinə çıxıb. 

"Report"un məlumatına görə, hazırlıq prosesi baş məşqçi Zaur Svanadzenin rəhbərliyi altında "İnter Arena"da baş tutub.

"Qarabağ"a transfer olunan Ağabala Ramazanovdan başqa bütün futbolçular məşqdə iştirak edib.

Baş məşqçi "Report"a açıqlamasında komandanın hazırkı vəziyyətindən razı qaldığını bildirib. O, futbolçuların istirahətdən sonrakı fiziki durumlarının və daxili ab-havanın qaydasında olduğunu söyləyib: "Məqsədimiz yenə eynidir: Avrokuboklara düşmək. FİFA-nın məlum qadağası səbəbindən yeni transferlər həyata keçirə bilmərik. İlk dövrəni normal keçirdik. Mövsümün ikinci yarısında işlərin necə olacağını görəcəyik".

Qeyd edək ki, "İnter" hazırlığın ikinci mərhələsinə Türkiyənin Antalya bölgəsində start verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi