"İnter"in baş məşqçisi: "Bizim üstünlüyümüz var, ancaq rəqib Serbiya klubudur"

"İnter"in baş məşqçisi: "Bizim üstünlüyümüz var, ancaq rəqib Serbiya klubudur" Zaur Svanadze Azərbaycan xalqına başsağlığı verib
Futbol
5 İyul , 2017 18:53
İnterin baş məşqçisi: Bizim üstünlüyümüz var, ancaq rəqib Serbiya klubudur

Bakı. 5 iyul. REPORT.AZ/ Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Serbiya “Mladost”unu qəbul edəcək “İnter”in baş məşqçisi Zaur Svanadze oyunöncəsi mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb. 

"Report"un məlumatına görə, Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Serbiya "Mladost"u ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransına bu sözlərlə başlayıb: "Əvvəlcə Azərbaycan xalqına, həmin ailəyə cəbhədə baş vermiş hadisəyə görə başsağlığımı bildirirəm". 

Sonra gürcüstanlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb, oyunla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üstünlüyümüz var. Ancaq rəqib Serbiya klubudur. Çətin olacaq. İlk oyundakı hesab aldadıcı ola bilər. Çalışacağıq ki, mərhələni keçək.

- İlk oyundakı böyük hesablı qələbə komandanı oyuna kökləməyə mane olmayacaq ki?

- Əlbəttə, 3:0 hesablı qələbə böyük üstünlükdür. Lakin uşaqlar da bilir ki, rahatlaşmaq olmaz, bu oyun bizim üçün çox vacibdir.

- Klubla nə vaxt yeni müqavilə bağlayacaqsınız?

- Yeni müqavilə artıq hazırdır. Qalır sadəcə, onu imzalamaq. Bəzi oyunçularla da yeni müqavilələr hazırdır.

- Skarlatake ilk oyunda cərimə zərbəsindən iki gözəl qol vurdu. Standart vəziyyətlərin üzərində xüsusi hazırlaşmışdınız?

- Skarlatake həmişə məşqlərdən sonra bu cür zərbələr üzərində çalışır. Gördüyünüz kimi, insan öz üzərində çalışırsa, bu, öz bəhrəsini verir. Ancaq qeyd etmək istərdim ki, serbiyalılar da standart vəziyyətlərdən yaxşı istifadə edirlər. Onlar fiziki cəhətdən də hazırlıqlıdırlar.

- Belə söz-söhbət var ki, “İnter” “İnter Arena”nı tərk edəcək...

- Bu barədə nə isə deyə bilmərəm. Hazırda ancaq qarşıdakı oyuna köklənmişik.

- Komanda sabahkı oyuna ənənəvi 5-4-1 taktiki düzülüşüylə çıxacaq?

- Bununla bağlı hələ ki, qərar verməmişik.

Son xəbərlər

Orphus sistemi