Yuxarı

​"İnter" Almaniya "Verder"inin əsas komandasına da uduzub

Qarşılaşma Verderin 1:0 hesablı qələbəsiylə yekunlaşıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçirən Bakının "İnter" komandası bu gün növbəti yoxlama matçına çıxıb. "Report"un məlumatına görə, "Riu Kaya Belek" otelinin stadionunda baş tutan oyunda "bankirlər" Almaniyanın Bundesliqa təmsilçisi "Verder"lə qarşılaşıb.

Görüş Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyətiylə yekunlaşıb.

Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə "Verder"in U-23 komandasına 0:1 hesabı ilə uduzub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi