Azərbaycanlı referi dünya çempionatının seçmə mərhələsinə təyinat alıb

Azərbaycanlı referi dünya çempionatının seçmə mərhələsinə təyinat alıb Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb.
Futbol
15 İyul , 2019 18:05
Azərbaycanlı referi dünya çempionatının seçmə mərhələsinə təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov iyulun 17-də Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb.

İyulun 28-dək davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək. Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi