İngiltərənin "Lester" klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb
Futbol
- 27 oktyabr, 2018
- 23:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 oktyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən "Lester Siti" futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb.
"Report" "Sky Sports" telekanalına istinadən xəbər verir ki, ilkin məlumata görə, vertolyot idarəetməni itirib və "Kinq Pauer" stadionu yaxınlığında qəzaya uğrayıb.
Klub nümayəndələri tərəfindən hadisə ilə bağlı hələ ki, heç bir rəsmi münasibət bildirilməyib.
Vişay Şrivaddanaprabha "King Power Duty Free" gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə "Lester Siti" klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.
Son xəbərlər
11:17
BT şirkəti İlon Maskın "Starlink" ilə tərəfdaşlıq xidmətlərinin işə salınmasını təxirə salır
Digər ölkələr
11:10
Foto
Anar Bağırov Gürcüstanda rəsmi səfərdə olub
Region
11:07
"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
11:05
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib
Hadisə
11:03
Gürcüstandan son günlərdə azərbaycanlı da daxil 91 əcnəbi deportasiya edilib
Region
10:38
Foto
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
Energetika
10:38
"Atəşgah Sığorta"nın xalis mənfəəti 1 %-ə yaxın azalıb
Maliyyə
10:37
Video
Qazaxda avtomobil yanıb
Hadisə
10:35
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb
Futbol