Yuxarı

​İngiltərəli futbolçu polis tərəfindən öldürülüb

Futbolçu tazerdən açılan atəş nəticəsində xəsarət alıb

Bakı. 15 avqust. REPORT.AZ/ İngiltərəli sabiq futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb. 

"Report"un məlumatına görə, 48 yaşlı sabiq futbolçu "tazer"dən (elektrik tapançası) açılan atəş nəticəsində xəsarət alıb.

Atkinson xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səhərə yaxın baş verdiyi bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, D.Atkinson "Real Sosyedad", "Aston Villa", "Fənərbağça", "Mançester Siti" kimi klublarda çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi