İngiltərədə simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaqlar

İngiltərədə simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaqlar Qərar yalnız penalti və meydandan qovulmaya səbəb olan simuliyasiyalara şamil olunur
Futbol
1 Avqust , 2017 12:10
İngiltərədə simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaqlar

Bakı. 1 avqust. REPORT.AZ/ İngiltərədə 2017/2018 mövsümündən etibarən simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaqlar.

“Report”un “Independent” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İngiltərə Futbol Assosiasiyası qərar qəbul edib.

Mütəxəssislər hesab edirlər ki, bu cür sərt cəza hakimləri aldatmağa yönəlik hərəkətlərin aradan qalxmasına kömək edəcək.

Qərar yalnız penalti və meydandan qovulmaya səbəb olan simuliyasiyalara şamil olunur. Referilərin bu cür hallarda göstərdikləri qırmızı vərəqələr ləğv olunacaq, “sarı”lar isə qüvvədə qalacaq.

Simuliyasiya hallarına sabiq futbolçu, məşqşi və hakimlərdən ibarət üç nəfərlik komissiya qiymət verəcək.

Qeyd edək ki, İngiltərədə 2017/2018 futbol mövsümünə avqustun 4-də start veriləcək. Cümə günü Çempionşipin (I divizion) ilk turu çərçivəsində 2 oyun keçiriləcək.

Son xəbərlər

Orphus sistemi