Yuxarı

İngiltərədə futbolçu "fair-play" qaydalarını pozaraq qol vurub - VİDEO

​İngiltərədə futbolçu "fair-play" qaydalarını pozaraq qol vurub

Futbol üzrə İngiltərə I Liqasında çıxış edən "Scunthorpe United" klubunun hücumçusu Coş Morris çempionatın 46-cı turunda "Plymouth Argyle" komandasına qarşı keçirilən oyunda rəqib qapıçı Mett Meysinin zədələnməsindən sonra qol vurub.

"Report" xəbər verir ki, hadisə matçın 60-cı dəqiqəsində baş verib.

Qapıçı Meysi tibbi yardım almaq üçün topu meydandan çıxarmaq istəyib. Lakin Morris yan xətdə topu ələ keçirərək onu qapıçının başı üzərindən tora qovuşdurub.

Bu epizod üzündən meydanda mübahisə düşüb.

Sonda "Plymouth Argyle" 3:2 hesabı ilə qələbə qazanıb. Matçın nəticəsinə görə, hər iki komanda gücünə görə dördüncü ingilis divizionu sayılan II Liqaya yuvarlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi