İngiltərə yığmasının sabiq futbolçusu oteldə döyülüb

İngiltərə yığmasının sabiq futbolçusu oteldə döyülüb 49 yaşlı futbolçu kəllə-beyin travması alıb
Futbol
28 Dekabr , 2016 16:38
İngiltərə yığmasının sabiq futbolçusu oteldə döyülüb

Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərə yığmasının sabiq futbolçusu Pol Qaskoyn xəstəxanaya yerləşdirilib. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 49 yaşlı futbolçu kəllə-beyin travması alıb.

Hadisə Londondakı otellərdən birində baş verib. P.Qaskoyn içkili halda otelə daxil olaraq ictimai asayişi pozub. O, oteldə olan qadının ünvanına irqçi fikirlər səsləndirib və təcavüzə cəhd edib. Bu zaman oteldəki qonaqlardan biri futbolçunun üzərinə atılaraq onunla dava etməyə başlayıb. İnsident zamanı futbolçu ağır xəsarət alıb. Onu döyən müştəri isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Pol Qaskoyn futbolçu karyerası ərzində İngiltərənin "Nyukasl", "Middlsbro", "Everton", "Tottenhem", İtaliyanın "Latsio" və Şotlandiyanın "Reyncers" klublarında çıxış edib. 2014-cü ilin oktyabrında Londondakı xəstəxanaların birində müalicə alan Qaskoyn 2015-ci ilin dekabrında əlindən yaralı, huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi