Yuxarı

​İngiltərə yığması AVRO-2016 üçün yekun heyətini açıqlayıb

Heyətdə 5 hücumçu yer alıb

Bakı. 31 may. REPORT.AZ/ İngiltərə yığması AVRO-2016 üçün yekun heyətini açıqlayıb. "Report"un məlumatına görə, baş məşqçi Roy Hocson Fransaya 5 hücumçu ilə yollanacaq.

Onlardan ikisi "Mançester Yunayted"in payına düşür. "Tottenhem", "Liverpul" və "Lester" komandaları isə hərəyə bir hücumçu ilə təmsil olunacaq.

Qapıçılar: Forster Freyzer ("Sauthempton”), Co Hart ("Mançester Siti"), Tom Hiton ("Bernli")

Müdafiəçilər: Rayan Bertran ("Sauthempton"), Qari Keyhill ("Çelsi"), Natanyel Klayn ("Liverpul"), Denni Rouz, Kayl Uolker (hər ikisi "Tottenhem"), Kris Smollinq ("Mançester Yunayted"), Con Stounz ("Everton")

Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi “Tottenhem”), Ross Barkli ("Everton"), Rahim Sterlinq ("Mançester Siti"), Cordan Henderson, Adam Lallana, Ceyms Milner (hamısı “Liverpul”), Cek Uilşer ("Arsenal")

Hücumçular: Harri Keyn ("Tottenhem"), Markus Reşford, Ueyn Runi (hər ikisi “Mançester Yunayted”), Daniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").

Qeyd edək ki, İngiltərə yığması B qrupunda Rusiya, Slovakiya və Uelslə mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi