İngiltərə Premyer Liqasının yayım hüququnun bir qismi iki telekanala satılıb

İngiltərə Premyer Liqasının yayım hüququnun bir qismi iki telekanala satılıb Digər iki paket hələlik satılmayıb
Futbol
14 Fevral , 2018 11:08
İngiltərə Premyer Liqasının yayım hüququnun bir qismi iki telekanala satılıb

Bakı. 14 fevral. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 2019 - 2022-ci illəri əhatə edən 3 mövsümlük yayım hüququnun bir qismi 4,464 milyard funt sterlinqə satılıb.

“Report” çempionatın rəsmi saytına istinadən xəbər verir ki, 7 paketdən 4-nü (128 oyun) “Sky Sports” əldə edib. Bir paketi isə (32 oyun) “BT Sport” alıb. Digər iki paket hələlik satılmayıb.

Qeyd edək ki, 2019-cu ilədək qüvvədə olan 3 illik teleyayım hüququnun dəyəri 5,14 milyard təşkil edir.

Son xəbərlər

Orphus sistemi