İngiltərə Premyer Liqasında qış fasiləsi olacaq

İngiltərə Premyer Liqasında qış fasiləsi olacaq Bakı. 18 aprel. REPORT.AZ/ İngiltərə Premyer Liqasında 2019-2020 mövsümündən qış fasiləsi tətbiq ediləcək.
Futbol
18 Aprel , 2018 13:33
İngiltərə Premyer Liqasında qış fasiləsi olacaq

Bakı. 18 aprel. REPORT.AZ/ İngiltərə Premyer Liqasında 2019-2020 mövsümündən qış fasiləsi tətbiq ediləcək. 

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, bununla bağlı İngiltərə Futbol Assosiasiyası, Premyer Liqa və Futbol Liqası arasında prinsipial razılıq əldə olunub. Bu hal yeni televiziya müqaviləsi üzrə ilk dəfə baş verəcək. Qış fasiləsi yanvara və fevralın əvvəlinə planlaşdırılıb.

Beləliklə, Milad bayarımda oynamaq ənənəsi ləğv olunmayacaq. Azarkeşlər və teleşirkətlər də Yeni İldə oyunların keçirilməsini dəstəkləyiblər. 

Mənbənin bildirdiyinə görə, heç də bütün komandalar eyni vaxtda istirahət edə bilməyəcəklər. Hər bir klubun ən azı 13 gün istirahət hüququ var. Lakin bu müddət dəyişdirilə də bilər.

Son xəbərlər

Orphus sistemi