İngiltərə Premyer Liqasında lider dəyişib

İngiltərə Premyer Liqasında lider dəyişib Bakı. 7 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 27-ci turunda Everton Mançester Sitini qəbul edib.
Futbol
7 Fevral , 2019 01:59
İngiltərə Premyer Liqasında lider dəyişib

Bakı. 7 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 27-ci turunda "Everton" "Mançester Siti"ni qəbul edib.

“Report” xəbər verir ki, Liverpulun "Qudison Park" stadionunda baş tutan görüş 2:0 hesabı ilə "şəhərlilər"in xeyrinə başa çatıb.

"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 62-yə çatdırıb və turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Ehtiyatda bir oyunu olan "Liverpul" isə lider kürsüsünü tərk edərək ikinci pilləyə enib. "Everton" 33 xalla 9-cu yerdə qərarlaşıb.

İngiltərə Premyer Liqası. 27-ci tur

"Everton" – "Mançester Siti" - 0:2

Qollar: 0:1 – Laport – 45+2, 0:2 – Jezus – 90+7

Son xəbərlər

Orphus sistemi