İngiltərə Premyer Liqasında çıxış edən klubların illik gəliri müəyyənləşib

İngiltərə Premyer Liqasında çıxış edən klubların illik gəliri müəyyənləşib Əmək haqlarına rekord məbləğdə vəsait xərclənib
Futbol
1 İyun , 2017 14:29
İngiltərə Premyer Liqasında çıxış edən klubların illik gəliri müəyyənləşib

Bakı. 1 iyun. REPORT.AZ/ 2015-2016 mövsümündə İngiltərə Premyer Liqası klublarının ümumi gəliri 4,17 milyard avro təşkil edib. "Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, 20 klubun üst-üstə əldə etdiyi vəsait 2014-2015 mövsümü ilə müqayisədə 228 milyon avro çox olub.

Ən çox gəlirə "Mançester Yunayted" yiyələnib. Klub 588 milyon avro əldə edib ki, bu da ən yaxın izləyici "Mançester Siti"ninkindən 140 milyon avro çoxdur.

Britaniya şirkətləri ilə rekord məbləğə bağlanılmış müqavilə isə 2016-2017 mövsümündən qüvvəyə minib. Yeni anlaşmaya əsasən, klublar 3 mövsüm ərzində üst-üstə 9,6 milyon avro qazanacaqlar. Beləliklə, klubların gəliri 60 faiz artacaq.

Qeyd edək ki, İngiltərə klubları futbolçuların və qalan əməkdaşlarının əmək haqlarına 2,569 milyard avro xərcləyiblər. Bu da yeni rekord sayılır.

Son xəbərlər

Orphus sistemi