İngiltərə Kubokunun qaliblərinə alkoqolsuz şampan veriləcək

İngiltərə Kubokunun qaliblərinə alkoqolsuz şampan veriləcək İngiltərə Futbol Assosiasiyası (FA) Federasiya Kuboku qaliblərinin alkoqolsuz şampan yeşiyi ilə mükafatlandırılması barədə qərar qəbul edib.
Futbol
24 Aprel , 2019 16:32
İngiltərə Kubokunun qaliblərinə  alkoqolsuz şampan veriləcək

İngiltərə Futbol Assosiasiyası (FA) Federasiya Kuboku qaliblərinin alkoqolsuz şampan yeşiyi ilə mükafatlandırılması barədə qərar qəbul edib. 

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qərar futbolçuların dini inanclarına hörmətlə yanaşmaq istəyi ilə əsaslandırılıb. Bildirilib ki, müsəlmanlar və digər dinlərin bəzi nümayəndələrinin spirtli içki qəbul etmələri qadağandır. 18 yaşına çatmayan oyunçulara da belə qadağa mövcuddur. 

FA bu ildən soyunub-geyinmə otağında turnirin qaliblərinə alkoqolsuz şampan yeşiyi verəcək. Cari mövsüm ölkə kubokunun finalında "Mançester Siti" və "Uotford" komandaları üz-üzə gələcək. Həlledici oyun mayın 18-də "Uembli" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi