İngiltərə kuboku: "Liverpul" 1/8 finalda "Tottenhem"i məğlub edib - VİDEO

İngiltərə kuboku: "Liverpul" 1/8 finalda "Tottenhem"i məğlub edib - VİDEO Görüş 2:1 hesabı ilə başa çatıb
Futbol
26 Oktyabr , 2016 05:00
İngiltərə kuboku: Liverpul 1/8 finalda Tottenhemi məğlub edib - VİDEO

Bakı. 26 oktyabr. REPORT.AZ/ İngiltərə futbol liqası kubokunun 1/8 finalı çərçivəsində keçirilən ev oyununda "Liverpul" London "Tottenhem"i üzərində qələbə qazanıb və turnirin növəti mərhələsinə çıxıb.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Deniel Starric (9 və 64-cü dəqiqələrdə) dublunu rəsmiləşdirib. Qonaqların yeganə qolunu Vinsent Yanssen (76-cı diqəqədə penaldan) vurub.

"Liverpul" bu turnirdə qələbələrin sayına görə rekordçudur (8). Komanda liqa futbol kubokunu 2011/12-ci illər mövsümündə qazanıb.

1/8 final matçlarının digər nəticələri:

"Arsenal" - "Redinq" - 2:0

"Bristol Siti" - "Hall Siti" - 1:2

"Nyukasl" - "Preston" - 6:0.

Son xəbərlər

Orphus sistemi