İngiltərə klubunun üzvü koronavirusa yoluxdu

İngiltərə klubunun üzvü koronavirusa yoluxdu İngiltərənin Bristol Siti klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.
Futbol
16 İyun , 2020 20:48
İngiltərə klubunun üzvü koronavirusa yoluxdu

İngiltərənin "Bristol Siti" klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.

"Report" Çempionşip təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvlərindən birinin analizi müsbət nəticə verib.

İnfeksiyaya yoluxan şəxsin kimliyi açıqlanmayıb və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Onun artıq karantinə yerləşdirildiyi vurğulanıb.

Klubun digər nümayəndələrində isə virus aşkarlanmayıb.

Qeyd edək ki, martda pandemiyaya görə dayandırılan Çempionşip iyunun 20-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi