İngiltərə klubunun futbolçusu meydanın mərkəzindən avtoqol edib - VİDEO

İngiltərə klubunun futbolçusu meydanın mərkəzindən avtoqol edib - VİDEO Bakı. 29 avqust. REPORT.AZ/ İngiltərənin Haddersfild Taun klubunun futbolçusu Juninyo Bakuno Stok Siti ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb.
Futbol
29 Avqust , 2018 13:46
İngiltərə klubunun futbolçusu meydanın mərkəzindən avtoqol edib - VİDEO

Bakı. 29 avqust. REPORT.AZ/ İngiltərənin "Haddersfild Taun" klubunun futbolçusu Juninyo Bakuno "Stok Siti" ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb. 

"Report"un məlumatına görə, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stok Siti" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuno rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına uçub. 

Qeyd edək ki, görüş "Stok Siti"nin qələbəsi ilə yekunlaşıb - 2:0. 

Son xəbərlər

Orphus sistemi