İngiltərənin "Vest Bromviç" klubunun futbolçusu Çarlz Ostinin koronavirus testi müsbət nəticə verib.
"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu ötən həftə Çeltnemdə at yarışı festivalı zamanı xəstəliyə yoluxduğunu bildirib.
Ostin həyat yoldaşı və 3 uşağını martın 14-dən görə bilməyib. O, həmin vaxt öz evində ailəsindən təcrid olunmuş vəziyyətdə imiş.
Təcrübəli forvard qızdırmasının 39,7 dərəcəyə qalxdığını və su içində olduğu söyləyib. "Mənə elə gəlirdi ki, kimsə başımdan bir vedrə su buraxmışdı. Büsbütün su içində idim" - deyən Ostin hazırda özünü bir qədər yaxşı hiss etdiyini açıqlayıb.
Qeyd edək ki, Avropada milli çempionatların əksəriyyəti koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Çarlz Ostinədək "Böyük beşlik" çempionatlarından 23 futbolçunun bu infeksiyaya yoluxduğu məlum idi.