UEFA "Mançester Siti"ni növbəti dəfə cəzalandıra bilər

UEFA "Mançester Siti"ni növbəti dəfə cəzalandıra bilər Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin Mançester Siti klubu ilə bağlı araşdırmaları davam etdirir.
Futbol
19 Fevral , 2020 12:23
UEFA Mançester Sitini növbəti dəfə cəzalandıra bilər

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin "Mançester Siti" klubu ilə bağlı araşdırmaları davam etdirir.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu "şəhərlilər"in 2012-2016-cı illər ərzində bağladığı sponsorluq müqavilələrinin həddindən artıq şişirdilməsinə görə yoxlama aparmaq niyyətindədir.

UEFA həm imzalanan müqavilələrin əsl bazar dəyəri ilə qiymətləndirilib-qiymətləndirilmədiyini, həm də "Mançester Siti"nin sahibinin kommersiya sponsorluğu adı altında kluba investisiya qoyub-qoymadığını araşdıracaq.

Qeyd edək ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğu üçün Mançester təmsilçisini 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırıb. Klub həmçinin 30 milyon avro məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi