CAS "Mançester Siti"nin apellyasiya şikayətini təsdiqlədi

CAS "Mançester Siti"nin apellyasiya şikayətini təsdiqlədi Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan İngiltərənin Mançester Siti klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Futbol
26 Fevral , 2020 15:39
CAS Mançester Sitinin apellyasiya şikayətini təsdiqlədi
Forbes

Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan İngiltərənin "Mançester Siti" klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

"Report"un məlumatına görə, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "şəhərlilər"in apellyasiya şikayəti qəbul olunub. Qurum yekun qərarın nə vaxt veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, UEFA "Mançester Siti"ni avrokuboklardan kənarlaşdırmaqla yanaşı, klubu 30 milyon avro məbləğində cərimələyib.

Son xəbərlər

Orphus sistemi