Yuxarı
    Bağlamaq

    İngiltərə klubu bir qrup azarkeşinə ömürlük qadağa qoyub - VİDEO

    Buna səbəb azarkeşlərin stadionda dava salmalarıdır

    Bakı. 29 oktyabr. REPORT.AZ/ İngiltərənin "Vest hem" klubu 200 azarkeşin ömürlük stadiona buraxılmaması ilə bağlı qərar qəbul edib. "Report"un məlumatına görə, buna səbəb azarkeşlərin oyun zamanı dava salmalarıdır. 

    Ölkə kubokunun 4-cü turunda "Çelsi" ilə ev oyunu zamanı meydan sahibi azarkeşlər oturacaqları sındıraraq bir-birlərinə atıblar. Bununla kifayətlənməyən tərəfdarlar daha sonra bir-birlərinə butulka atıblar və dava daha da böyüyüb. 

    Klub həmin hadisədə iştirak edən 200 azarkeşin heç vaxt stadiona buraxılmaması ilə bağlı qərar qəbul edib.

    Qeyd edək ki, "Vest Hem" - "Çelsi" oyunu 2:1 hesabı ilə başa çatıb.

    .

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi