İngiltərə hökuməti razılıq versə, Premyer Liqa bərpa olunacaq - RƏSMİ

İngiltərə hökuməti razılıq versə, Premyer Liqa bərpa olunacaq - RƏSMİ Futbol üzrə İngiltərə Premyer Liqasının klubları yerli hökumət razılıq verəcəyi təqdirdə çempionatın qalan oyunlarını keçirmək niyyətindədirlər.
Futbol
1 May , 2020 20:10
İngiltərə hökuməti razılıq versə, Premyer Liqa bərpa olunacaq - RƏSMİ

Futbol üzrə İngiltərə Premyer Liqasının klubları yerli hökumət razılıq verəcəyi təqdirdə çempionatın qalan oyunlarını keçirmək niyyətindədirlər.

"Report"un məlumatına görə, bu barədə yarışın rəsmi saytının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, komandalar idman prinsiplərini qorumaq məqsədilə çempionatın başa çatıdırılmasını istəyirlər: "Klublar dövlətin dəstəyinə görə minnətdardırlar. Premyer Liqa təmsilçiləri yalnız hökumətin razılığı ilə mütəxəssislərin rəhbərliyi altında, futbolçu və baş məşqçilərlə məsləhətləşmədən sonra məşqlərə başlamaq və oyunları başlatmaq üçün ilk addımları nəzərdən keçirirlər", - məlumatda vurğulanıb.

"The Sun" nəşri isə iddia edib ki, klublar mayın 18-dən məşqlərə başlaya bilərlər. Çempionatın iyunun 12-də bərpa olunacağı, matçların isə neytral meydançalarda keçirilə biləcəyi istisna olunmayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi