İngiltərə Futbol Assosiasiyası "Arsenal" klubunu cərimələyib

İngiltərə Futbol Assosiasiyası "Arsenal" klubunu cərimələyib Bakı. 22 may. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası Arsenal klubunu cərimələyib.
Futbol
22 May , 2018 19:01
İngiltərə Futbol Assosiasiyası Arsenal klubunu cərimələyib

Bakı. 22 may. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası "Arsenal" klubunu cərimələyib.

"Report"un qurumun saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi Premyer Liqanın XXXI turunda səfərdə "Lester"lə matçda baş verən hadisələrə görə 20 min funt sterlinq məbləğində cərimə olunub.

"Arsenal" futbolçuları sözügedən matçda qarşılaşmanın baş hakimi Qrem Skottun təyin etdiyi penaltiyə kəskin etiraz edib və onu əhatəyə alıblar.

Qeyd edək ki, "Lester" - "Arsenal" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi