Yuxarı

İngiltərə Futbol Asossiasiyası “Uembli” stadionunu satır

İngiltərə Futbol Asossiasiyası “Uembli” stadionunu satır
Dinlə

Bakı. 26 sentyabr. REPORT.AZ/ İngiltərə Futbol Asossiasiyası (FA) Londonda yerləşən “Uembli” stadionunu satır.

“Report” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, arenanın 788 milyon dollara “Fulhem” klubunun sahibi Şahid Xana satılması üçün ilkin razılıq verilib. FA bununla bağlı yekun qərarı sentyabrın 27-də qəbul edəcək.

Məlumata görə, stadion satılsa da, razılaşmada bəzi məhdudiyyətlər var. Bunlardan ən önəmlisi satışdan sonra stadionun adının dəyişdirilməsi və ya sponsorun adının əlavə olunmasına icazə verilməməsidir. 

Həmçinin, Xan öhdəliklərini lazımı şəkildə yerinə yetirməyəcəyi təqdirdə asossiasiyanın arenanı geri satın almaq hüququ olacaq.

Biznesmen "Uembli"dən Milli Futbol Liqasında özünə məxsus olan "Ceksonvill Cequars" komandasının çıxış etməsindən ötrü meydan qismində yararlanmaq niyyətindədir. O, arenanı hələ apreldən almaq istəsə də, danışıqlar yalnız son günlər müsbət məcrada davam etməyə başlayıb. 

Qeyd edək ki, 1923-cü ildən inşa edilən "Uembli" stadionu 2003-cü ildə sökülüb və 2007-ci ildə yenidən istifadəyə verilib. Arena 90 min azarkeş tutumuna malikdir. 2013-cü ildə burada Çempionlar Liqasının finalı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi