İngiltərə çempionatı: “Tottenhem” “Vest Bromviçi” darmadağın edib - VİDEO

İngiltərə çempionatı: “Tottenhem” “Vest Bromviçi” darmadağın edib - VİDEO Harri Keyn het-trik edib
Futbol
14 Yanvar , 2017 19:05
İngiltərə çempionatı: “Tottenhem” “Vest Bromviçi” darmadağın edib - VİDEO

Bakı. 14 yanvar. REPORT.AZ/ "Tottenhem" futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində evdə "Vest Bromviç" üzərində 4:0 hesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, qalib komandanın heyətində Harri Keyn (12, 77, 82-ci dəqiqələr) və Kristian Eriksen (26) fərqlənib.

Bu, "Tottenhem"in ölkə birinciliyində qazandığı ardıcıl 6-cı qələbəsidir. Komanda turnir cədvəlində 45 xalla ikinci yeri tutur. "Vest Bromviç" 29 xal ilə 8-cidir.

Növbəti tur "Tottenhem" səfərdə "Mançester Siti", "Vest Bromviç" isə evdə "Sanderlend"lə qarşılaşacaq. Hər iki görüş yanvarın 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi